Suriya İsrailin hücumlarını dayandırmaq üçün dolayı danışıqlar aparır

Suriya hakimiyyəti İsrail ordusunun ölkənin cənub-qərb bölgələrinə davam edən hücumlarını dayandırmaq üçün beynəlxalq vasitəçilərlə dolayı danışıqlara başlayıb. Bu barədə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa “X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Dəməşq İsrailin hücumlarının qarşısını almaq məqsədilə müxtəlif beynəlxalq tərəflərlə əlaqə saxlayır və bu istiqamətdə diplomatik səylər göstərir.
Əlavə olaraq bildirilib ki, hökumət nümayəndələri Əl-Kuneytra əyalətində və işğal altında olan Colan təpələrində yaşayan druz icmasının ağsaqqalları ilə görüş keçirib. Görüş zamanı bölgədəki təhlükəsizlik durumu, mülki əhalinin vəziyyəti və İsrailin davamlı müdaxilələri müzakirə olunub.
Suriya mediasının məlumatına görə, Əl-Şaraanın bu açıqlaması ölkənin yeni hakimiyyətinin İsraillə dolayı danışıqlara başladığını rəsmi şəkildə təsdiqləyən ilk bəyanat hesab olunur.
08:26 26.06.2025
Oxunuş sayı: 1017