Bu ölkə ən böyük hərbi istehsal zavodu tikdirir

Şimali Koreya lideri Kim Çen In ölkə tarixində ən böyük hərbi istehsal zavodunun tikintisinə göstəriş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı Bild nəşri yayıb.
Yeni zavod Huichon şəhəri yaxınlığında, mövcud hərbi müdafiə müəssisəsinin yanında inşa edilir.
Peykdən əldə olunan görüntüləri təhlil edən “Planet Labs” ekspertləri bildirirlər ki, tikinti işləri artıq başlayıb. Yeni obyektin sahəsi yaxınlıqda yerləşən mövcud binalardan iki dəfə böyükdür və tam istifadəyə verildikdən sonra Şimali Koreyanın ən böyük bina statusunu qazanacağı ehtimal olunur.
Qeyd olunur ki, zavodun əsas məqsədi Şimali Koreyanın daxili ehtiyaclarını qarşılamaqdan daha çox, Rusiyaya ixrac ediləcək hərbi məhsulların istehsalıdır. Analitiklər bu addımı Pxenyan-Moskva arasında hərbi əməkdaşlığın dərinləşməsi kimi qiymətləndirirlər.
22:46 24.06.2025
Oxunuş sayı: 670