Söz silahdır: Bullinqin görünməyən tərəfləri

Bullinq-digər adları ilə desək, zorakılıq, təhqir və alçatma. Bullinqlər müxtəlif formalarda tətbiq oluna bilər. Buna fiziki, psixoloji, sosial və kiber bullinqlər daxildir. Son zamanlar cəmiyyətdə oxşar halların sayı artıb. Xüsus yeniyetmə və gənclər arasında getdikcə yayılan bullinq ciddi problemə çevrilməkdədir.
Psixoloq Aytən Ələkbərova bu barədə Crossmedia.az-a danışıb: "Bullinqlərin sayı günü-gündən artmaqdadır və bu artıq cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyan bir problemə çevrilib. Təəssüflər olsun ki, belə məqamlarda valideynlər harada səhv buraxacaqlarını anlaya bilmirlər. "Niyə mənim övladımın başına bu hadisə gəldi?", "Hansı səbəbdən mənim övladım bunu etdi?" düşüncəsində, öz keçmişlərinə baxmırlar. "Uşağı necə böyütdüm?", "Hansı tərbiyəni verdim?", "Uşağımı daimi dava-dalaşa meyillimi böyütdüm?" kimi bu tipli sualları cavablandırmaq önəmlidir. Tez-tez münaqişə olan ailə mühitində böyüyən uşaqlar, o situasiyanın öhdəsindən rahatlıqla gələ bilirlər. Ancaq ərköyün şəkildə böyüdülən uşaqlarda bu hal tam tərsidir. Məsələn "Sənin gücün çatmırsa, yerdəki daşı götürüb başına vur", "Sözünü deyən ol", "Sözündən çəkinmə" kimi ifadələrlə uşaqları yalnış şəkildə istiqamətləndirməklə, onların təməllərinə zərər vurmuş olurlar. Bu da uşaq və ya yeniyetmələrin gələcəkdə yanlış addımlar atmasına gətirib çıxarır".
Psixoloq valideynlərə bu mövzu ilə bağlı öz məsləhətlərini də deyib: "Valideynlər isə övladlarını bu kimi yaranacaq hadisələrdən qorumaq üçün bilməli olduğu müəyyən məqamlar ki, bunlara əməl etməlidir. Hər şeydən əvvəl balideynlərim övladlarına qarşı "kimə gəldi, harada gəldi sözünü de" kimi ifadələr işlətməsi. Bu özgüvən və ya özünəinam deyil, bu birbaşa cəmiyyəti zəhərləyəcək bir övladın yetişdirilməsidir. Bu baxımdan da bullinqlər(fiziki və psixoloji zorakılıqlar) baş verir. Psixoloji zorakılığın sonu, fiziki zorakılığa gətirib çıxarır. İnsan nə qədər psixi zorakılıq edərsə, onun qarşısında da fiziki zorakılıqla qarşılaşar. İkinci məqam ailədə baş verən münaqişələrdir. Ailədə baş verən entrikalar, uşaların psixologiyasına mənfi təsir etdiyinə görə, belə problemlərin yaranmasına gətirib çıxarır. Çünki valideynlərin etdiyi hərəkətlər və işlətdiyi cümlələr, uşaqların fikirlərinin formalaşmasında böyük rol oynayır".
Aysel Ağakərimova
13:45 22.05.2025
Oxunuş sayı: 1424