Azərbaycan amputant millisi Niderland üzərində qələbə qazanıb

Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda keçirilən Millətlər Liqasının C qrupunda növbəti oyununu keçirib.
Crossmedia.az xəbər verir ki, Ramil Həbibovun başçılıq etdiyi komanda Niderland yığması ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Matçın yeganə qolunu 50-ci dəqiqədə Sənan Hacıyev vurub.
Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Belçikanı 3:0 hesabı ilə məğlub edib, İsraillə isə qolsuz bərabərə qalıb. Komanda növbəti matçını bu gün Ukrayna millisinə qarşı keçirəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
17:13 19.10.2025
Oxunuş sayı: 1163