Azərbaycan Elm Fondu Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etdi

10 may 2025-ci il tarixində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Elm Fondunun nümayəndə heyəti Fəxri Xiyabanda onun məzarını ziyarət etmişdir. Tədbir çərçivəsində iştirakçılar Ulu Öndərin məzarına gül dəstələri qoyaraq, onun əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
Heydər Əliyev müasir müstəqil Azərbaycanın memarı və qurucusu kimi ölkənin inkişafında və elmin tərəqqisində mühüm rol oynamışdır. Onun rəhbərliyi dövründə elmi-tədqiqat institutlarının fəaliyyəti genişlənmiş, elmi potensialın gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.
Azərbaycan Elm Fondu, Ümummilli Liderin elmə verdiyi dəyəri və onun müəyyən etdiyi strateji istiqamətləri rəhbər tutaraq, ölkədə elmin inkişafına və beynəlxalq səviyyədə tanıdılmasına yönəlmiş layihələri dəstəkləməyə davam edir.
12:40 10.05.2025
Oxunuş sayı: 2156