Deputat: "İngla Scool Bakunun tədbiri Özbəkistanla əlaqələrimizi daha da gücləndirəcək"

"Bu gün biz bütün sahələrdə əlaqələrimizi daha da gücləndiririk. Azərbaycan Prezidenti İlham Əliyevin də çıxışında qeyd edib ki, bizim ailəmiz türk ailəsidir. Çalışmalıyıq ki, əlaqələrimizi daha da genişləndirək. Bu, eyni zamanda əcdadlarımızın arzularını gerçəkləşdirir. Biz əvvəldən belə imkanlara sahib idik".
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov İngla Scool Baku-nun təşkilatçılığı ilə "Özbəkistan ali təhsil müəssisələrinin sərgisində" çıxışında deyib.
"Bu gün Azərbaycan–Özbəkistan arasında əlaqələr daha da inkişaf edir. Cənab Prezident Özbəkistanda, Özbəkistan Prezidenti isə Azərbaycanda olub. Bu gün qardaş Özbəkistanın təhsil müəssisələrinin Azərbaycanda tədbirinin keçirilməsi də bunu göstərir.
Hazırki dövrdə əsas missiyalardan biri də türk, Orta Asiyada yerləşən ölkələrdə bizim universitetlərin tanıdılmasıdır. Biz inanırıq ki, bu cür sərgilər əlaqələrimizin möhkəmlənməsinə təsir edəcək.
Əminəm ki, bu sərgidən sonra bizim əlaqələrimiz daha da inkişaf edəcək. Gənclərimiz öz seçimlərində Özbəkistana üstünlük verəcəklər".
Qeyd edək ki, mayın 3-də İngla School Baku-nun təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında Özbəkistan universitetlərinin sərgisi keçirilib. Tədbirin tərəfdaşları Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi, AMEA Mərkəzi Elmi Kitabxanası (MEK), Crossmedia.az Analitik informasiya Portalı idi.
Qardaş Özbəkistanın 15-ə qədər nüfuzlu universitetlərindən – STARS Beynəlxalq Universiteti, Jurnalistika və Kütləvi kommunikasiya Universiteti, Milli Tədqiqatlar Universiteti “Daşkənd İrreqasiya və Aqrotexnika Avtomatlaşdırma İnstitutu”, Özbəkistan-Finlandiya Pedaqogika Universiteti, Səmərqənd Dövlət Xarici Dillər Universiteti, Buxara Dövlət Universiteti, Əbu Əli İbni Sina adına Buxara Dövlət Tibb İnstitutu, İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Tibb Akademiyası, Vebster Universiteti (Daşkənd), Turin Politexnik Universiteti Daşkənd Filialı, Kokand Pedaqoji Universiteti, Daşkənd Əczaçılıq Universiteti, Daşkənd Dövlət İqtisadiyyat Universiteti olmaqla 40-dan çox nümayəndə sərgiyə qatılıb.
Fatimə Məmmədova
12:46 03.05.2025
Oxunuş sayı: 1955