Deputat Özbəkistan universitetlərinin sərgisindən danışdı: "Bu, əhəmiyyətli tədbirlərdəndir"

"Bu, əhəmiyyətli tədbirlərdəndir".
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov İngla Scool Baku-nun təşkilatçılığı ilə "Özbəkistan ali təhsil müəssisələrinin sərgisində" çıxışında deyib.
"Təşkilatçılara və qonaqlara gəldikləri üçün təşəkkür edirəm. Biz bu gün hər iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq edirik. Qarşılıqlı şəkildə böyük investisiyalar həyata keçirilir. Özbəkistan şirkətləri Qarabağın yenidənqurulmasında iştirak edir. Böyük bir məktəb kompleksinin hər iki dövlətin birgə səyi ilə açılışı olub".
Qeyd edək ki, mayın 3-də İngla School Baku-nun təşkilatçılığı ilə AMEA Mərkəzi Elmi Kitabxanasında Özbəkistan universitetlərinin sərgisi keçirilib. Tədbirin tərəfdaşları Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi, AMEA Mərkəzi Elmi Kitabxanası (MEK), Crossmedia.az Analitik informasiya Portalı idi.
Qardaş Özbəkistanın 15-ə qədər nüfuzlu universitetlərindən – STARS Beynəlxalq Universiteti, Jurnalistika və Kütləvi kommunikasiya Universiteti, Milli Tədqiqatlar Universiteti “Daşkənd İrreqasiya və Aqrotexnika Avtomatlaşdırma İnstitutu”, Özbəkistan-Finlandiya Pedaqogika Universiteti, Səmərqənd Dövlət Xarici Dillər Universiteti, Buxara Dövlət Universiteti, Əbu Əli İbni Sina adına Buxara Dövlət Tibb İnstitutu, İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Tibb Akademiyası, Vebster Universiteti (Daşkənd), Turin Politexnik Universiteti Daşkənd Filialı, Kokand Pedaqoji Universiteti, Daşkənd Əczaçılıq Universiteti, Daşkənd Dövlət İqtisadiyyat Universiteti olmaqla 40-dan çox nümayəndə sərgiyə qatılıb.
Fatimə Məmmədova
11:53 03.05.2025
Oxunuş sayı: 2151