Ölən şəxsin yaxınlarından hansı halda məhkəmənin yekun aktı tələb oluna bilər? -Vəkil danışdı

Son zamanlar cəmiyyətdə müzakirə olunan əsas mövzulardan biri ölən şəxsin yaxınlarından faktla bağlı məhkəmənin arayışının tələb edilməsidir. Bu hal kütləvi narazılıqlara səbəb olur. Ayrı – ayrı rayonlardan vətəndaşların müraciətləri əsasında məsələni araşdırmağa davam edirik.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) və müvafiq icra hakimiyyət orqanları varsa, onda ölüm faktını təsdiqləmək üçün niyə insanlar o qaçhaqovda məhkəmənin yolunu tutmalıdırlar ki?
Bu barədə Crossmedia.az-a danışan vəkil Rəşad
Əliyev söyləyib ki, vətəndaşın ölüm hadisəsi xəstəxanada baş verərsə, ölüm
haqqında tibbi şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən onun yaxın ailə
üzvünə təqdim olunur: “Həmçinin sənəd müəssisə tərəfindən Səhiyyə Nazirliyinə,
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Ədliyyə Nazirliyinə ötürülür.
Bundan sonra “Ölümün dövlət qeydiyyatı haqqında şəhadətnamə”ni də elektron
qaydada əldə etmək mümlündür. Ancaq əgər ölüm hadisəsi evdə baş verərsə, mütləq
Təcili və Təxirəsalınmaz Tibbi Yardım (TTTY) çağırılmalıdır. Bu zaman həkim tərəfindən ölüm hadisəsinin təsdiqlənməsi
barədə “xəbərdarlıq vərəqəsi” doldurulur, həmçinin ərazi üzrə hüquq-mühafizə orqanlarına məlumat
verilir. Həmin “xəbərdarlıq vərəqəsi” vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə
tibb müəssisəsinə təqdim edilir. Əgər ölümün səbəbi məlumdursa, həmin tibb müəssisəsi
tibbi sənədlərə əsasən, ölüm haqqında tibbi şəhadətnamə verir”.
Müsahibimiz bildirib ki, ölüm faktı TTTY həkimi gələnədək baş veribsə, ölümün səbəbi məlum deyilsə, heç bir xəstəliyi olmadan qəfil baş veribsə və s. Tibbi şəhadətnamənmin verilməsindən imtina edilir: “Bu da nəticə edibarilə ölüm faktının dövlət qeydiyyatına alına bilməməsi ilə nəticələnir. Bu halda, ölüm faktının hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi barədə məhkəməyə müraciət edilir. Məhkəməni çıxardığı yekun aktdan sonra şəxsin ölüm faktı qeydə alına bilər”.
Aydan Cəbrayılova
15:49 02.05.2025
Oxunuş sayı: 920