BANM tələbələri magistraturaya qəbulda ilk beşlikdə

Bakı Ali Neft Məktəbinin tələbələri magistraturaya qəbul imtahanlarında ən yüksək balı toplayıblar.
Bu barədə Crossmedia.az ali məktəbə istinadən məlumat verir.
Ölkə birincisi– informasiya təhlükəsizliyi ixtisasının tələbəsi Fidan Babayeva 97.5 bal
Respublika ikincisi – proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsi Əkbər Hüseyn-zadə 96.5 bal
Respublika ikincisi (rus bölməsi üzrə) - neft-qaz mühəndisliyi ixtisasının tələbəsi Rza Abdullayev 90.5 bal
Respublika üçüncüləri – neft-qaz mühəndisliyi ixtisasının tələbəsi Nahid Cahangirov 94.5 bal və informasiya təhlükəsizliyi ixtisasının tələbəsi Balaqız Orucova 94.5 bal
Respublika dördüncüləri – kimya mühəndisliyi ixtisasının tələbəsi Gülnur Məmmədova 93.5 bal və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsi Elvin Məmmədov 93.5 bal
Respublika beşinciləri – neft-qaz mühəndisliyi ixtisasının tələbəsi Murad Kərimov 92.5 bal və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbəsi Elçin Bayramlı 92.5 bal.
13:15 01.05.2025
Oxunuş sayı: 732