"Ingla School Baku” Özbəkistan universitetlərini Bakıya gətirir
03 may 2025-ci ildə “Ingla School Baku”nun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Özbəkistan universitetlərinin sərgisi keçiriləcək.
Crossmedia.az xəbər verir ki, tədbir AMEA Mərkəzi Elmi
Kitabxananın Sərgi salonunda ("Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında) keçiriləcək və saat 10:00-dan 17:00-a qədər qədər
davam edəcək.
Sərgidə bakalavr, magistr və doktorantura proqramları, tibb,
mühəndislik, İT və digər tələbatlı ixtisaslar, universitet nümayəndələri ilə birbaşa
görüş, təqaüd imkanları, təhsil imkanları və qəbul şərtləri haqqında geniş məlumat
əldə etmək mümkün olacaq.
Qeydiyyat mütləqdir və aşağıdakı
linkdən istifadə etmək xahiş olunur:
Qeyd edək ki, sərginin informasiya dəstəkçisi Crossmedia.az Analitik İnformasiya Portalıdır.
12:15 28.04.2025
Oxunuş sayı: 11232