Azərbaycan Türkiyədəki zəlzələ ilə bağlı monitorinq aparır

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyir.
Bu barədə Crossmedia.az Mərkəzə istinadən məlumat verir.
Bildirilib ki, hazırda zəlzələ bölgəsi monitorinq edilir.
Xatırladaq ki, bu gün İstanbulda ardıcıl iki zəlzələ olub. Birinci zəlzələ 3,9, ikincisi isə 6,2 maqnitudada olub.
16:20 23.04.2025
Oxunuş sayı: 659