BANM rektoru YÖK sədri və beynəlxalq nümayəndələrlə görüşüb

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri prof. dr. Erol Özvarla görüşüb.
Crossmedia.az bu barədə BANM-a istinadən xəbər verir.
Bildirilib ki, görüş E.Qasımovun Avrasiya Ali Təhsil Sammiti və Sərgisində (EURIE 2025) iştirakı çərçivəsində baş tutub.
Rektor Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlıq barədə məlumat verərək, BANM-da Türkiyəli tələbələrin təhsilə cəlb edilməsi istiqamətində maraqlı olduqlarını və bu məqsədlə müvafiq tədbirlərin görülməkdə olduğunu E.Özvarın diqqətinə çatdırıb.
Tədbir zamanı E.Özvar, Malayziyanın ali təhsil naziri dr. Zambry Abd Kadir, eləcə də Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, İstanbul Aydın Universitetinin qəyyumlar şurasının sədri prof. dr. Mustafa Aydın Bakı Ali Neft Məktəbinin stendi ilə tanış olublar.
Stenddə məktəbin tədris imkanları, beynəlxalq proqramları və əldə etdiyi nailiyyətlər təqdim olunub.
12:30 23.04.2025
Oxunuş sayı: 833