Türkiyədə Əkrəm İmamoğlunun həbsinə qarşı etirazlar başlayıb

Türkiyənin müxtəlif şəhərlərində, o cümlədən İstanbulda, Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfdarları İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun həbsinə etiraz olaraq nümayişlər keçirirlər.
Crossmedia.az xəbər verir ki, Türkiyənin millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli, İstanbul bələdiyyə başqanı İmamoğluna qarşı aparılan araşdırma fonunda Türkiyə ədliyyə sisteminə tam dəstəyini ifadə edib. O, sosial mediada paylaşdığı mesajda bildirib: "Türk ədliyyəsinə olan etibarım tamdır. İstanbul bələdiyyə başqanı ilə bağlı verilən qərara səbr və hikmətlə yanaşılmalı, qanunvericiliyin verdiyi hər hansı qərara hörmətlə yanaşmaq hamımızın ortaq məsuliyyətidir”.
Qeyd edək ki, bu vəziyyət, Türkiyədə siyasi gərginliyi artırıb və qarşıdakı seçkilərə təsir edə bilər.
Fidan Xəlilova
17:58 19.03.2025
Oxunuş sayı: 4309