“Ərimlə münasibəti var” dedi, bacıları ilə birlikdə küçədə hücum etdi – hadisə kameraya düşdü!
Hadisə oktyabrın 7-də saat 19:30 radələrində Türkiyənin Bahçelievler məhəlləsində, 56-lar prospektində baş verib.
Crossmedia.az xəbər verir ki, iddiaya görə, E.G. adlı qadın həyat yoldaşı ilə münasibətdə olduğunu iddia etdiyi M.M. adlı qadını 27 və 23 yaşlı bacıları E.A. və E.A. ilə birlikdə küçədə döyüb. Qadını yerə yıxaraq təpik və yumruqlarla vuran şəxslərə ətrafdakıların və hadisə zamanı yoldan keçən bələdiyyə avtobusunun sərnişinlərinin müdaxilə etdiyi bildirilib.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları çağırılıb. Xəsarət alan M.M. xəstəxanaya yerləşdirilib. Onun burnunun sındığı, başında və qolunda xəsarətlər olduğu bildirilib. Hadisə anları şəhər təhlükəsizlik kameralarına da düşüb.
M.M. polisə verdiyi ifadəsində üç qadının onu yerə yıxaraq döydüyünü, hətta onlardan birinin bıçaq çıxardığını gördüyünü iddia edib. Onun sözlərinə görə, həmin vaxt yanında olan rəfiqəsi 5 yaşlı qızını qoruyub, daha sonra avtobusdan düşən sərnişinlər müdaxilə edərək qadınları uzaqlaşdırıblar.
Polis hadisə ilə bağlı E.G. və onun iki bacısını saxlayıb. Şübhəlilər isə ittihamları qəbul etməyiblər. E.G. M.M.-ni həyat yoldaşı ilə təxminən 8 ay münasibətdə olmaqda ittiham edib və bacılarının ona vurduğunu görmədiyini bildirib. Digər iki şübhəli də M.M.-yə xəsarət yetirmədiklərini, yalnız özlərini müdafiə etdiklərini deyiblər.
Məlumata görə, M.M. daha əvvəl E.G. barəsində uzaqlaşdırma qərarı aldırıb.
Həmçinin V.G. adlı kişinin M.M. ilə səyahət agentliyində tanış olduğu və özünü subay kimi təqdim etdiyi, münasibətin də bundan sonra başladığı iddia edilir.
Polisdəki prosedurlar başa çatdıqdan sonra üç bacı məhkəməyə göndərilib.
15:19 09.10.2026
Oxunuş sayı: 178