BMT Günü ilə əlaqədar Qarabağ Universitetində tədbir keçiriləcək
Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü ilə əlaqədar Qarabağ Universitetində geniş tədbirin keçirilməsi planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bunu BMT-nin Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenko etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən deyib.
O həmçinin tezliklə Qarabağa səfər edəcəyini bildirib.
D.Şlapaçenko Azərbaycanın hazırda həyata keçirdiyi inkişaf proqramına BMT-nin də öz təcrübəsi ilə dəstək verməyə hazır olduğunu bildirib. Bu xüsusda Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində aparılan irimiqyaslı işlərin vacibliyinə toxunub.
14:40 02.09.2026
Oxunuş sayı: 63