Venesuela OPEC-dən çıxa bilər
Venesuela OPEC-dən çıxmaq imkanını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Məlumata görə, məsələ ABŞ nümayəndələri ilə aparılan danışıqlar zamanı müzakirə edilib, lakin yekun qərar hələ qəbul olunmayıb.
Venesuelanın təşkilatdan çıxması ölkəni neft hasilatına tətbiq olunan məhdudiyyətlərdən azad edə və ABŞ-nin ölkənin enerji sektorunda planlarını daha fəal həyata keçirməsinə imkan yarada bilər.
Bildirilib ki, Vaşinqton artıq Venesueladakı neft yataqlarında böyük pay əldə etmək üçün danışıqlar aparır. Məlumata görə, bu proses 2026-cı ilin əvvəlində prezident Nikolas Maduronun saxlanılmasından sonra mümkün olub.
Qeyd edək ki, daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri OPEC-dən çıxıb. İraq isə iyun ayında təşkilatı tərk etmək ehtimalını açıqlamışdı.
12:47 28.08.2026
Oxunuş sayı: 45