Əraqçı: ABŞ ilə diplomatiyanı bərpa etmək mümkündür
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə diplomatik münasibətləri yenidən işlək məcraya qaytarmağın mümkün olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Əraqçı bu barədə “X” hesabında paylaşım edib.
Nazir Qətərin Baş naziri və xarici işlər naziri ilə məhsuldar müzakirələr apardığını qeyd edib.
Araqçinin sözlərinə görə, diplomatiyanı yenidən normal məcraya qaytarmaq tamamilə mümkündür. O, bunun ABŞ-nin bir sadə faktı anlamasından asılı olduğunu vurğulayıb: təzyiq nəticə vermir.
İranlı nazir bildirib ki, ABŞ etimad qazanmalı, hörmətlə danışmalı, İranın hüquqlarını tanımalı və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
12:06 28.08.2026
Oxunuş sayı: 42