ABŞ Venesuelanın neft yataqlarında pay almağa hazırlaşır
ABŞ Venesuelanın neft yataqlarında pay əldə etməsini nəzərdə tutan genişmiqyaslı razılaşmanın bağlanmasına yaxınlaşıb.
Crossmedia.az xəbər verir ki, “Axios” bu barədə məlumat yayıb.
Məlumata görə, danışıqlar sübut edilmiş ehtiyatları təxminən 90 milyard barel olan 10-dan çox fəaliyyətdəki neft yatağını əhatə edir. Razılaşmanın ABŞ-nin neft ehtiyatlarını iki dəfədən çox artıracağı bildirilir.
Razılaşmaya əsasən, ABŞ şirkətləri də daxil olmaqla özəl şirkətlər yataqların işlənməsində iştirak edəcək. Bunun müqabilində Venesuela əlavə neft gəlirləri əldə edəcək.
Razılaşmanın dəqiq şərtləri hazırda tərəflər arasında razılaşdırılır.
10:16 28.08.2026
Oxunuş sayı: 52