Zelenski Moldovaya açıq mesaj verdi: Çiyin-çiyinə olmalıyıq
Ukrayna Prezidenti Volodimir Zelenski Moldova Prezidenti Maya Sandu ilə görüşünü açıqlayıb.
Zelenski Kişinyovda Sandu ilə keçirdiyi görüşün təhlükəsizlik, enerji və infrastruktur sahələrində birgə imkanların genişləndirilməsinə həsr olunduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, hazırkı dövrdə iki ölkənin birlikdə hərəkət etməsinin və bir-birini gücləndirməsinin xüsusilə vacib olduğunu vurğulayıb.
“Dostlar çiyin-çiyinə olmalıdır”, – deyə Zelenski qeyd edib.
Ukrayna lideri həmçinin xatırladıb ki, bir neçə gün əvvəl Moldova Prezidenti Maya Sandu Ukraynanın Müstəqillik Günü münasibətilə Kiyevdə olub. Bu gün isə Ukrayna Moldovanın Müstəqillik Gününü Moldova ilə birlikdə qeyd edir.
22:10 27.08.2026
Oxunuş sayı: 45