LNR-də Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində 14 yaşlı qız yaralanıb
Ukrayna Silahlı Qüvvələrinin Luqansk Xalq Respublikasında (LXR) yük avtomobilləri və mikroavtobusa endirdiyi zərbələr nəticəsində 14 yaşlı qız yaralanıb.
Crossmedia.az xəbər verir ki, “Gazeta.ru” bu barədə məlumat yayıb.
LXR rəhbəri Leonid Paseçnik bildirib ki, hadisə Doljanski – Novoşaxtinsk buraxılış məntəqəsi ərazisində baş verib.
Onun sözlərinə görə, 14 yaşlı qız qəlpə yaraları alıb.
Bundan əlavə, Rubejnoyedə Ukrayna pilotsuz uçuş aparatlarının hücumu nəticəsində mikroavtobus da hədəfə alınıb. Rebrikovo – Rovenki yolunun bir hissəsində və Faşevka ərazisində bir neçə yük avtomobilinə də hücum edilib.
Paseçnikin sözlərinə görə, hadisələr nəticəsində üç sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralananlara vaxtında tibbi yardım göstərilib.
Qeyd edək ki, avqustun 26-da Ukrayna Silahlı Qüvvələrinin LXR-də Lisçansk – Staxanov marşrutu üzrə hərəkət edən avtobusa PUA ilə zərbə endirdiyi bildirilmişdi. Hadisə nəticəsində 9 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.
15:31 27.08.2026
Oxunuş sayı: 53