Ağ saçlardan qurtulmağın daha asan yolu açıqlanıb
Məşhur stilist Culian Farel bildirir ki, ilk ağ saçlar göründükdə onları tamamilə boyatmaq yeganə həll yolu deyil.
Crossmedia.az bu barədə ˝Unian˝a istinadən xəbər verir.
Onun sözlərinə görə, saçın rəngini tam dəyişmək əvəzinə, ağ telləri yumşaq şəkildə maskalamaq və ya yarımpermanent tonlaşdırmadan istifadə etmək mümkündür.
Stilist qeyd edib ki, tam boyama zamanı köklərin təxminən hər 4 həftədən bir yenilənməsi tələb olunur, ağ saçların maskalanması isə salon ziyarətlərini 8-12 həftəyə qədər uzada bilər.
23:45 26.08.2026
Oxunuş sayı: 47