ABŞ terror şəbəkələrinə sanksiya tətbiq edib
ABŞ bir neçə transmilli ifrat solçu terror şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu barədə ABŞ Dövlət katibi Marko Rubio açıqlama verib.
Onun sözlərinə görə, ifrat solçu terror qruplaşmaları ABŞ və bütövlükdə Qərb üçün ciddi təhlükə yaradır.
Rubio bildirib ki, sanksiya tətbiq edilən şəbəkələr arasında ABŞ-də və dünyanın müxtəlif yerlərində Antifa-nın fəal və aqressiv hücrələrinin istifadə etdiyi xidmətləri təqdim edən Autistici/Inventati adlı ifrat solçu texnoloji kollektiv də var.
“Biz terrorizmə qarşı mübarizə aparmaq və həyat tərzimizi terror təzyiqindən qorumaq üçün əlimizdə olan bütün vasitələrdən və səlahiyyətlərdən istifadə edəcəyik”, – deyə Rubio bildirib.
19:49 26.08.2026
Oxunuş sayı: 52