Qətərin təbii qaz ixracı çökdü: Hörmüz böhranı bazarı silkələdi
Qətərdən mayeləşdirilmiş təbii qaz (LNG) ixracı Hörmüz boğazında gəmiçiliyin faktiki bloklanmasından sonra 96 faiz azalıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb. Agentliyin məlumatına görə, Qətərdən müvafiq dövrdə cəmi 18 LNG partiyası göndərilib. Ötən ilin eyni dövründə bu göstərici 509 partiya təşkil edib. İxracın kəskin azalması Qətərin qaz satışından təxminən 24 milyard dollar gəlir itirməsinə səbəb olub.
Dünya bazarında yaranan qaz çatışmazlığının bir hissəsi ABŞ-dən LNG tədarükünün artması hesabına kompensasiya edilir. Bununla belə, Avropadakı qaz anbarlarında ehtiyatların ilin bu dövrü üçün rekord aşağı səviyyədə olduğu bildirilir. Bu vəziyyət qış mövsümü yaxınlaşdıqca qaz qiymətlərinin kəskin bahalaşması ilə bağlı narahatlıqları artırır. Hörmüz boğazı qlobal enerji təchizatı üçün əsas marşrutlardan biridir və burada gəmiçiliyin məhdudlaşdırılması xüsusilə Qətərin LNG ixracına ciddi təsir göstərir.
15:03 26.08.2026
Oxunuş sayı: 50