Yaponiyada 400 tonluq qalanı insanlar yerindən oynadıb
Yaponiyada təxminən 1000 nəfər çəkisi bir neçə yüz ton olan qalanı əlləri ilə tərpədib.
Crossmedia.az xəbər verir ki, ˝Minami Nihon Shimbun˝ qəzetinin məlumatına görə, avqustun 23-də püşkatma yolu ilə seçilən insanlar Aomori prefekturasında yerləşən, təxminən 400 ton ağırlığında Hirosaki qalasının yenidənqurma işlərinin mərhələlərindən birinin başa çatmasından sonra əvvəlki yerinə qaytarılmasında iştirak ediblər.
İştirakçılar qalanı 1 metr 9 santimetr məsafəyə qədər çəkə biliblər. İlin sonuna qədər qalanın daha 70 metrdən çox məsafəyə köçürülməsi planlaşdırılır.
22:48 25.08.2026
Oxunuş sayı: 44