Eyfel qülləsi Ukrayna bayrağının rənglərinə büründü
Paris şəhərinin simvolu olan Eyfel qülləsi Ukraynanın 35-ci Müstəqillik Günü münasibətilə ölkənin bayrağının rəngləri olan mavi və sarı rənglərlə işıqlandırılıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna 24 avqust 1991-ci ildə müstəqilliyini elan edib və bu il müstəqilliyin 35-ci ildönümünü qeyd edir. Bu münasibətlə Parisdə Eyfel qülləsinin Ukrayna bayrağının rənglərində işıqlandırılması ölkəyə dəstək və həmrəylik mesajı kimi qiymətləndirilib.
Ukrayna Prezidenti “Volodimir Zelenski” sosial media hesabında paylaşdığı mesajda ölkəsinin 35 il əvvəl yenidən doğulduğunu bildirib.
“Zelenski” Rusiyanın Ukraynaya qarşı müharibəsinin 1643-cü gününə təsadüf etdiyini qeyd edərək, hazırda ölkənin çox çətin dövrdən keçdiyini vurğulayıb.
Qeyd edək ki, Ukraynanın Müstəqillik Günü hər il 24 avqustda qeyd olunur. 1991-ci il avqustun 24-də Ukrayna parlamenti müstəqillik haqqında aktı qəbul edib, həmin qərar dekabr ayında keçirilən ümumxalq referendumunda təsdiqlənib.
17:14 25.08.2026
Oxunuş sayı: 51