Rusiyada saxta tibbi arayış saytları bloklandı
Moskvada sürücülərə həkim müayinəsindən keçmədən GİBDD üçün tibbi arayış təklif edən internet saytlarının fəaliyyəti dayandırılıb.
Crossmedia.az xəbər verir ki, “112” bu barədə məlumat yayıb.
Məlumata görə, Moskvanın Çertanovski Rayon Məhkəməsi prokurorluğun tələbi ilə həmin internet resurslarının bloklanmasına qərar verib.
Saytlarda sürücülərə tibbi arayış əldə etmək üçün sadəcə müraciət göndərmək, xidmət haqqını ödəmək və hazır sənədin kuryer vasitəsilə çatdırılmasını gözləmək təklif olunub. Arayışın verilməsi üçün həkim müayinəsindən keçmək və şəxsən qəbulda olmaq tələb edilməyib.
Prokurorluq bu fəaliyyəti qanunsuz hesab edib. “Məsafədən tibbi müayinə” xidmətinin təşkilatçılarını müəyyənləşdirmək mümkün olmayıb.
Bundan sonra tibbi arayış almaq istəyən sürücülər müayinədən şəxsən keçməli olacaqlar.
14:17 24.08.2026
Oxunuş sayı: 48