Qazaxıstanda parlament seçkiləri: “Adilet” 70 faizdən çox səs topladı
Qazaxıstanda yeni birpalatalı parlamentə keçirilən seçkilərlə bağlı yayımlanan “exit-poll” nəticələrinə əsasən, “Adilet” partiyası böyük fərqlə liderdir.
Crossmedia.az xəbər verir ki, sorğuların nəticələrini Qazaxıstanın müxtəlif media qurumları yayıb. “SOCIS-A” özəl fondunun keçirdiyi sorğuya görə, “Adilet” 70,7 faiz səs toplayıb. Onu 6,4 faizlə “Auyl”, 5,5 faizlə “Respublica”, 5,4 faizlə “Aq Jol” və 5 faizlə Ümumxalq Sosial Demokrat Partiyası izləyir. Əvvəlki parlamentdə təmsil olunan Xalq Partiyası isə 3,2 faiz səslə seçki baryerini keçə bilməyib. “Baytaq” partiyasının nəticəsi 1,2 faiz təşkil edib. Sorğuda iştirak edənlərin 2,6 faizi bütün partiyaların əleyhinə səs verdiyini bildirib.
Avrasiya İnteqrasiyası İnstitutunun keçirdiyi digər “exit-poll”un nəticələrində də “Adilet” 71,8 faiz səslə birinci yerdə qərarlaşıb. “Auyl” 6,4 faiz, “Respublica” 5,4 faiz, Ümumxalq Sosial Demokrat Partiyası 5,2 faiz, “Aq Jol” isə 5,1 faiz səs toplayıb. İctimai İnkişaf İnstitutunun sorğusunda isə “Adilet”in nəticəsi 72,3 faiz göstərilib. “Auyl” 6,2 faiz, “Respublica” 5,2 faiz, “Aq Jol” 5,1 faiz, Ümumxalq Sosial Demokrat Partiyası isə 5 faiz səs əldə edib. Qazaxıstanda yeni konstitusiya əsasında keçirilən seçkilərdə 7 siyasi partiya 145 deputat mandatı uğrunda mübarizə aparıb. Seçkilərə 545 namizəd qatılıb və səsvermə yalnız partiya siyahıları üzrə keçirilib. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, seçici fəallığı 74,19 faiz təşkil edib. Ölkədə 12,6 milyon seçki hüququ olan vətəndaşın olduğu bildirilir. Səsvermə üçün 10 mindən çox məntəqə, o cümlədən ölkə xaricində 79 seçki məntəqəsi fəaliyyət göstərib.
12:02 24.08.2026
Oxunuş sayı: 57