İranda 7,5 trilyon kub futdan çox təbii qaz ehtiyatı aşkarlanıb
İranın cənubundakı Cənubi Pars bölgəsində 7,5 trilyon kub futdan çox təbii qaz ehtiyatı aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, İranın neft naziri Möhsün Paknejad bu barədə məlumat yayıb. Paknejad İran dövlət televiziyasına açıqlamasında aşkarlanan qazın həcminin təxminən 7,5 trilyon kub fut olduğunu bildirib. Nazirin sözlərinə görə, hasilat əmsalının 72 faizdən çox olduğu nəzərə alınarsa, çıxarıla biləcək qazın həcmi təxminən 5,7 trilyon kub fut təşkil edə bilər. Paknejad qeyd edib ki, aşkarlanan ehtiyat Cənubi Parsın fazalarından birinin 15 il ərzində təmin edə biləcəyi təbii qaz həcminə bərabərdir.
O, yeni ehtiyatların İranın enerji resurslarına əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.
21:07 23.08.2026
Oxunuş sayı: 51