Livanın Hizbullah” hərəkatı İsrailin mərkəz-şəhəri Təl-Əvinin kəşfiyyat bazasına yeni raket zərbəsi endirib. İsrail Müdafiə Qüvvələrinin Hərbi Kəşfiyyat İdarəsinin bir hissəsi olan və radioelektron kəşfiyyatla məşğul olan bölmənin “Qlilot” bazasına İdarə olunmayan raketlər tərəf atılıb.
“İsraillə Hizbullah arasındaki hərbi toqquşma bundan sonra daha da gərgin davam edəcək. Xüsusilə ABŞ-dəki seçki öncəsi İsrailin məqsədi bölgədəki qarşıdurma ocaqlarını daha da genişləndirmək və ABŞ-dəki seçki mühitinə təsir etməkdən ibarətdir. Hizbullah İsrailə cavabsız qalmayacaq və göründüyü kimi, Hizbullahın İsrailə təsir edici zərbələrini müşahidə edirik”.
Bu fikirləri siyasi şərhçi Əli Zülfüqaroğlu Crossmedia.az-a açıqlamasında bildirib:
“Hizbullah çalışır ki, İsraili daha çox quru əməliyyatlarına cəlb etsin və beləcə İsrail ordusuna böyük zərbələr endirsin. Amma bundan sonraki mərhələdə də İsrailin daha çox hava zərbələri ilə kifayətlənəciyini proqnozlaşdırmaq olar”.
Samirə Kərimli