Dünya xəbərləri

İranın daxili işlər naziri İsgəndər Momeni bu gün Sistan və Bəluçistan əyalətinə səfər edərkən bildirib ki, Şərq sərhədlərinə (Pakistan və Əfqanıstan) divar çəkilməsi prosesi gələn ilin birinci yarısına qədər yekunlaşacaq.

Bu barədə Crossmedia.az İSNA-ya istinadən xəbər verib.

Nazirin sözlərinə görə, sərhədlərə divar çəkilməsində əsas məqsəd bölgənin ictimai təhlükəsizliyini yaratmaq, qaçaqmalçılıq hallarının, narkotik maddələrin ölkəyə daxil edilməsinin, eləcə də mühacirlərin ölkəyə girişinin qarşısını almaqdır.

“Sərhədə divar çəkilərkən tikanlı məftillərdən, ağıllı sistemlərdən istifadə ediləcək. Xarici vətəndaşlar ölkəni tərk etdikdən sonra geri qayıdırlar, bu halların qarşısını almaqla təhlükəsizlik yaradılacaq”, - deyə, İ.Momeni vurğulayıb. 

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il