Respublikaçılar Partiyasındakı mənbələr Matt Qaetzin ABŞ-nin baş prokuroru vəzifəsinə təsdiq ediləcəyinə şübhə edirdilər
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bir çox respublikaçı senatorlar eks-konqresmen Matt Qaetzin ABŞ-nin baş prokuroru vəzifəsinə namizədliyini yersiz hesab edirlər. NBC-nin verdiyi məlumata görə, Senatdakı respublikaçıların yarıdan çoxu, o cümlədən, yüksək səviyyəli üzvlər, Qaetzin təsdiq şansının olmadığına inanaraq, onun namizədliyini dəstəkləməyəcəklərini deyirlər. 30-a qədər senatorun onu bu vəzifəyə uyğun hesab etməyəcəyi gözlənilir.
Eyni zamanda, yeni seçilmiş vitse-prezident J.D.Vens və komandası senatorları Qaetzə səs verməyə inandırmağa çalışır, Donald Trampın komandası isə vəkil Todd Blanşın Ədliyyə Nazirliyində başqa bir əsas vəzifəyə təyin olunması üçün lobbiçilik edir. Lakin Trampın Qaetzin namizədliyini irəli sürmək qərarı, ona qarşı heç bir ittiham irəli sürülməsə də, Ədliyyə Departamenti və FTB-yə qarşı keçmiş bəyanatları, habelə insan alveri ilə bağlı araşdırmalarla əlaqələri nəzərə alınmaqla departament daxilində tənqidlərə səbəb olur.
Respublikaçı senatorlar da 2021-ci ildən Qaetzi araşdıran Nümayəndələr Palatasının Etika Komitəsinin hesabatına maraq göstəriblər. Nümayəndələr Palatasının spikeri Mayk Conson onun ictimaiyyətə açıqlanmasına qarşı çıxdı, lakin bir neçə senator onun namizədliyi ilə bağlı qərar qəbul etmək üçün materialları görmək istədiklərini söylədi.
Gültac Mehdizadə