İranın BMT-dəki nümayəndəsinin İlon Maskla görüşünü təkzib edilib.
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai amerikalı milyarder İlon Maskla İslam Respublikasının BMT-dəki nümayəndəsi Əmir Səid İrəvaninin görüşünü təkzib edib.
“Amerika mediasında İlon Maskla BMT-dəki nümayəndəmizin Nyu-Yorkda görüşü ilə bağlı xəbərlər tamamilə yalandır. ABŞ mətbuatının belə bir mövzunu işıqlandırması məni təəccübləndirib”, - deyə Bəqai vurğulayıb.