Hadisə

Sumqayıt Şəhər Uşaq Xəstəxanasının əsaslı təmir olunması ilə bağlı işlərə başlanılır.

Crossmedia.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs hazırlıqlara başlayıb.

Belə ki, Sumqayıt Şəhər Uşaq Xəstəxanasının əsaslı təmiri və rekonstruksiya ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işləri aparılacaq.

Qurum xəstəxanada sözügedən işlərin icrasının 924.412,00 AZN-ə (924 min 412 manat) başa gələcəyini proqnozlaşdırıb.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Mübariz Göyüşlü

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı və onlayn media redaksiyası olaraq Media Reyestrinə daxil edilmə tarixi:
1 noyabr 2024-cü il