CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Keniyada Ebola

11:25 15.10.2026

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

67

Keniyada Ebola virusuna ikinci təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Keniyanın Səhiyyə Nazirliyinin bəyanatına görə, bu, ölkədə adıçəkilən virusdan ilk ölüm halından bir həftə sonra baş verib. Qeyd olunub ki, yoluxan şəxsin 39 yaşı var və o, virusdan ölən keniyalının yaxınlarından biridir. Həmin şəxs dərhal ətrafdan izolyasiya olunub və ciddi nəzarət altında saxlanılır. Nazirlik bildirib ki, bu iki hal bir-biri ilə bağlıdır və Keniyada virusun yayılması barədə hər hansı dəlil yoxdur. Ebolaya ilk yoluxan və ölən Keniya vətəndaşı son yeddi il ərzində Konqo Demokratik Respublikasında yaşayıb və təxminən bir ay əvvəl onda virus aşkarlanıb. Xəstə müxtəlif tibb müəssisələrində müalicə aldıqdan sonra quru yolu ilə Uqandanın paytaxtı Kampalaya gedib. Daha sonra təyyarə ilə Keniyanın paytaxtı Nayrobiyə yollanıb. Keniyanın səhiyyə orqanları virusun yayılmasının qarşısını almaq məqsədilə təcili tədbirlər həyata keçirir. Birinci yoluxan şəxslə təmasda olmuş 128 nəfərdən 113-nün yeri müəyyən edilib və onlardan 108-i karantinə salınıb. Təmasda olmuş 5 nəfər hazırda Keniya xaricindədir. 15 nəfərin axtarışları isə davam edir. Bununla yanaşı, yeni yoluxma hallarının ortaya çıxması ehtimalına qarşı ölkənin sərhəd-keçid məntəqələrində nəzarət və hazırlıq səviyyəsi artırılıb.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR