İnfantino UEFA-nın HƏDƏFİNDƏ – araşdırma başlaya bilər
UEFA FİFA prezidenti Canni İnfantino ilə bağlı mümkün araşdırma başlada bilər.
Crossmedia.az xəbər verir ki, “The Telegraph” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, məsələ İnfantinonun UEFA-nın baş katibi vəzifəsində çalışdığı dövrdə onunla romantik münasibətdə olduğu iddia edilən qurum əməkdaşına ödənilən mümkün təzminatla bağlıdır.
“The Telegraph” daha əvvəl UEFA-nın İnfantino ilə münasibətdə olduğu iddia edilən əməkdaşına altı rəqəmli məbləğdə təzminat ödədiyini yazıb.
Nəşr qeyd edib ki, sözügedən ödəniş UEFA tərəfindən araşdırmanın başlanmasına səbəb ola bilər. Hazırda mümkün araşdırmanın təfərrüatları açıqlanmayıb.
09:46 09.08.2026
Oxunuş sayı: 59