Türk Dünyası

Türkiyə barışdırıcı rola sahib yeganə ölkədir

Regionda sabitlik və təhlükəsizlik məsələləri yenidən diqqət mərkəzindədir. Rusiya-Ukrayna müharibəsi ilə yaranan narahatlıqlar fonunda Türkiyə mühüm vasitəçi rolunda çıxış edir.

Məsələ barədə siyasi şərhçi Zeynal Əmrəliyev Crossmedia.az-a fikirlərini bildirib:

“Rusiya və Ukrayna arasında başlayan müharibə beynəlxalq arenada böyük narahatlıq doğurub. Türkiyə isə bu prosesdə vasitəçi rolunu oynamaq niyyətini açıq şəkildə bəyan edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həm Rusiya, həm də Ukrayna liderləri ilə müsbət münasibətləri bu münaqişənin həllində mühüm əhəmiyyət kəsb edir. Rusiya və Ukraynada müharibə başlayandan Türkiyə bu məsələdə vasitəçi olmaq niyyətini açıqlayıb. Türkiyə Rusiya və Ukrayna müharibəsinə birtərəfli mövqedədir. Həmçinin Rusiya və Ukrayna prezidentləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi zəmində müsbət münasibətlərə sahib olurlar. Bu məsələnin həlli üçün əsas amillərdən biri sayılır. Bəs, münaqişənin həlli ilə bağlı Türkiyə hansı münasibəti göstərəcək?”

Politoloq həmçinin qeyd edib ki, Türkiyə regionda Qərb və Rusiyayı barışdırmaq üçün yeganə ölkədir:

“Ərdoğanın münasibəti ilə münaqişənin həlli Türkiyənin geosiyasi rolunun daha da yüksəldilməsi ilə regionun ən güclü ölkəyə çevirən amil olacaq. Türkiyə Suriya üçün açar dövlətdir”.

Samirə Şərif

16:15 26.12.2024

Oxunuş sayı: 5572

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR