Azərbaycan güləşçisi İsfahan Həsənov dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.
Crossmedia.az xəbər verir ki, 80 kq çəki dərəcəsində yarışan idmançı finalda iranlı Alireza Hassan Rezaeiyə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Daha əvvəl təmsilçilərimizdən Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) mundialın bürünc medalına sahib çıxıblar. (REPORT)
19:58 28.07.2026
Oxunuş sayı: 42