Dünya çempionatı: Azərbaycan güləşçisi Əli Cavadlı finala yüksəlib
Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda təşkil olunan U-17 dünya çempionatında finala yüksəlib.
Crossmedia.az xəbər verir ki, 45 kq çəki dərəcəsində yarışan idmançının yarımfinaldakı rəqibi iranlı Esmayili Armin Amin görüşə çıxmadığı üçün milli üzvü adını həlledici mərhələyə yazdırıb.
Təmsilçimiz sabah qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Əli Cavadlı təsnifat mərhələsində bolqarıstanlı Oqnyan Burqazovu (9:0), 1/4 finalda isə gürcüstanlı Luka Bolkvadzeni tam üstünlüklə (9:0) məğlub edib.
Hidayət Qurbanov
11:03
Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə başlayıb.
Crossmedia.az -ın məlumatına görə, 45 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində bolqarıstanlı Oqnyan Burqazovu 9:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.(Report)
17:48 28.07.2026
Oxunuş sayı: 46