Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatında Portuqaliyaya qalib gəlib
Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-18 millisi Avropa çempionatının B divizionunda növbəti oyununu keçirib.
Crossmedia.az xəbər verir ki, Xorvatiyada təşkil olunan qitə birinciliyində yığma Portuqaliya seçməsi ilə üz-üzə gəlib.
Azərbaycan millisi bu görüşdə rəqibinə qalib gəliub - 52:50.
Görüşün ən dəyərli basketbolçusu (MVP) 18 xal, 12 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib. Millimiz 2 qələbə, 2 məğlubiyyətlə qrupda 3-cü sırada qərarlaşıb.
Qeyd edək ki, komanda qrupda daha əvvəl keçirdiyi görüşlərdə Polşa millisinə 60:70, İslandiyaya 56:95 hesabı ilə məğlub olub. Ukraynanı isə (77:68) üstələyib.
14:58 28.07.2026
Oxunuş sayı: 42