Abdulrəhman Hüseynli Bakıda təşkil olunan dünya çempionatına qələbə ilə start verib
Azərbaycanın yunan-Roma güləşçisi Abdulrəhman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə start verib.
Crossmedia.az-ın məlumatına görə, 51 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində qazaxıstanlı Kuanişbek Janqajolu 9:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
12:33 28.07.2026
Oxunuş sayı: 36