Ramin Məmmədov qəbul keçirəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 26-da Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, sədr Sumqayıt şəhəri, Abşeron, Xızı, Zəngilan və Qubadlı rayonlarından olan vətəndaşlarla saat 11:00-da Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində görüşəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinə (əlaqə vasitələri: (018) 654 00 40, (070) 275 88 33, [email protected], [email protected]) müraciət etmələridirlər.
05:14 25.12.2024
Oxunuş sayı: 4491