Allahşükür Paşazadə Afrika qitəsində ilk dəfə təşkil olunan sülh dialoqunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Anqolaya səfərə yola düşür.
Crossmedia.az xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat Xidmətindən bildirilib.
BMT Baş Katibinin müavini, Sivilizaiyalar Alyansının xüsusi nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə Şeyxülislam A.Paşazadə "Sülhə çağırış, müharibələrə son qoyulması və beynəlxalq hüquqa hörmət" təşəbbüsü çərçivəsində keçiriləcək Yüksək səviyyəli dialoqda iştirak edəcəkdir.
Afrika qitəsində ilk dəfə keçiriləcək tədbir 16-17 iyulda Anqolanın Luanda səhərində baç tutacaq.
Anqola höküməti ilə əməkdaşlıqda keçirilən tədbir 2025-ci ildə İspaniyanin Gernika şəhərində bu şəhərin bombalanmasının 88-ci ildönümündə keçirilmiş təsis toplantısının ardınca müharibənin dərin tarixi izlərini daşıyan Bosniya va Herseqovinanın paytaxtı Sarayevoda keçirilən ikinci mərhələsindən sonra Luandada planlaşdırılan növbəti görüş bu ali missiyanın əhəmiyyətli davamını təşkil edir.
Forum yüksək səviyyali dövlət va hökümət rəsmilərini, nüfuzlu dini liderləri, akademik dairələrin tanınmiıs nümayəndələrini, vətəndaş cəmiyyəti və media təmsilçilərini, habelə qlobal sülh naminə həmrəy olan digər tərəfdaşları bir araya gətirəcək.
Şeyxülislam A.Paşazadə tədbirin açılış mərasimində çıxış edəcək.
12:20 14.07.2026
Oxunuş sayı: 46