Erməni nazir: Azərbaycandan yanacaq tədarükü qiymət artımının qarşısını alıb
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkədə benzinin qiymət artımı ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Nazirin sözlərinə görə, Azərbaycandan həyata keçirilən yanacaq tədarükü Ermənistanda qiymətlərin kəskin artmasının qarşısını almağa kömək edib.
“Dünyanın əksər ölkələrində benzinin qiyməti bir neçə dəfə artıb, Ermənistanda isə cəmi bir neçə faiz artım olub. Əgər Azərbaycan benzini və dizeli olmasaydı, qiymətlərimiz indikindən bir neçə yüz dram daha yüksək olardı”, – deyə Papoyan bildirib.
O əlavə edib ki, ölkə enerji təchizatında mümkün qədər diversifikasiya siyasətini davam etdirməlidir ki, geosiyasi amillərin təsiri minimuma endirilsin.
17:57 01.05.2026
Oxunuş sayı: 50