BMT Baş Assambleyası QƏTNAMƏ QƏBUL EDİB
BMT Baş Assambleyası "Ukraynada Davamlı Sülhə Dəstək" adlı qətnamə qəbul etdi.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Qətnamənin lehinə 107 ölkə, əleyhinə 12 ölkə, bitərəf isə 51 ölkə səs verdi. Əleyhinə səs verənlər arasında Rusiya, Belarus və İran, ABŞ, Çin, Braziliya və Hindistan isə bitərəf qaldı.
Qətnamədə Ukraynadakı müharibənin dörd il davam etdiyi və ölkə və qlobal sabitlik üçün dağıdıcı nəticələrə səbəb olduğu bildirilir.
Qətnamədə dərhal və tam atəşkəs, hərbi əsirlərin tam mübadiləsi və qanunsuz olaraq saxlanılan və deportasiya edilən bütün mülki şəxslərin azad edilməsi tələb olunur.

22:30 24.02.2026
Oxunuş sayı: 563