Bakıda Litvanın müstəqilliyinin bərbasının 108-ci ildönümü qeyd edilib
Bakıda Litvanın müstəqilliyinin bərpasının 108-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirin açılışında Litvanın Azərbaycandakı səfiri Kyastutis Vaşkelyaviçyus salamlama nitqi ilə çıxış edib.
Səfir fevralın 16-da qeyd olunan bayramın tarixini xatırladıb. Məhz həmin gün 1918-ci ildə Vilnüsdə keçirilən iclasda xalqın səlahiyyət verdiyi Litva Şurası müstəqil demokratik Litva dövlətinin bərpasını elan edib.
O, həmçinin müstəqil respublikaların qurulmasında Azərbaycan və Litvanın tarixi yollarının oxşarlığını vurğulayıb.
"Azərbaycandakı (1990-cı illərdə - red.) və ya bu gün Ukraynadakı hadisələr bizə xatırladır ki, tarix sülhə, ədalətə və ya azadlığa doğru avtomatik olaraq irəliləmir. Müstəqillik qaçılmaz olduğu üçün deyil, o qorunduğu və dostların həmrəyliyi ilə möhkəmləndiyi üçün yaranır. Qoy Litvanın, Azərbaycanın və azadlığı uca tutan bütün xalqların bir dəfə yüksəlmiş bayrağı heç vaxt enməsin", - Vaşkelyaviçyus bildirib.
Daha sonra Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev çıxış edib. O, ikitərəfli münasibətlərin inkişafının müsbət dinamikasını qeyd edib, Bakı ilə Vilnüs arasında əməkdaşlığın yüksək səviyyəsini vurğulayıb.(Report)


21:00 11.02.2026
Oxunuş sayı: 690