Brüsseldə kritik görüş: Ukrayna üçün milyardlarla dollarlıq silah planı
Müttəfiqlər Ukraynanın döyüş meydanındakı təcili ehtiyaclarını qarşılamaq üçün yeni Amerika silahlarının sifarişinə hazırlaşırlar.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker bildirib.
Bu mövzu Brüsseldə keçiriləcək NATO Müdafiə Nazirlərinin görüşündə əsas müzakirə mövzularından biri olacaq.
Onun sözlərinə görə, təşəbbüsün başlanmasından təxminən altı ay sonra müttəfiqlər Ukrayna üçün 4,5 milyard dollardan çox Amerika silahı almağı öhdələrinə götürüblər.
Uitaker qeyd edib ki, nazirlərin görüşü zamanı bu təşəbbüs çərçivəsində əlavə açıqlamaların verilməsi gözlənilir.
Hazırda 21 NATO üzvü və iki tərəfdaş ölkə Ukrayna üçün ABŞ silahlarının alınmasında iştirak etdiyini açıq şəkildə bəyan edib.
Bu addım Alyansın Kiyevə hərbi dəstəyinin davamlı və koordinasiyalı şəkildə sürdüyünü göstərir.
23:54 10.02.2026
Oxunuş sayı: 580