Erməni ekspert: Türkiyənin Cənubi Qafqazdakı rolunu kiçiltmək olmaz
Türkiyə ABŞ-nin türk dünyasına yol açmasını gözləyərək “əllərini ovuşdurur” və bu proses Ankaranı son dərəcə əlverişli mövqeyə gətirir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu türkoloq Viktor Nadeyin-Raevski deyib.
Onun sözlərinə görə, TRIPP layihəsinin reallaşdırılması Türkiyəyə faktiki olaraq heç bir ciddi addım atmadan regionda mövqelərini gücləndirmək imkanı verir, çünki əsas işi ABŞ görür.
Ekspert vurğulayıb ki, Cənubi Qafqaz ölkələrinin daxilində və ətraf regionda baş verən proseslərdə Türkiyənin rolunu kiçiltmək olmaz və ABŞ-ın müdaxiləsi Ankaranın fəallığının azalması demək deyil: "ABŞ hazırda XIX əsrdən bəri Türkiyənin həyata keçirməyə çalışdığı pantürkizm layihəsi üçün yol açır. Pantürkizm ideyasının reallaşdırılması Rusiya üçün ciddi təhlükə yaradır, Ermənistan üçün isə bu siyasət birbaşa ölümcül xarakter daşıyır".
Turqut Ansari
22:22 08.02.2026
Oxunuş sayı: 561