Azərbaycan və İrlandiya birgə parlament işçi qruplarının 1-ci iclası keçirilib
Azərbaycan və İrlandiya birgə parlament işçi qruplarının 1-ci iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Hər iki tərəf vurğulayıb ki, coğrafi uzaqlığa baxmayaraq, iki ölkənin xüsusilə təhsil, gənclərlə fəaliyyət, tələbə mübadiləsi, turizm, ticarət və biznes sahələrində əməkdaşlığı genişləndirmək üçün böyük potensialı var", - məlumatda bildirilib.
Görüşün yekununda ölkələr ikitərəfli əlaqələri möhkəmləndirməyə və qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaratmağa imkan verəcək qarşılıqlı səfərlər barədə razılığa gəliblər.
19:45 04.02.2026
Oxunuş sayı: 615