Azərbaycan Prezidenti BƏƏ ilə münasibətlərə xüsusi əhəmiyyət verir - RƏY
Yaxın Şərq regionu ilə Azərbaycan arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri son illər yeni məzmun və dinamika qazanıb. Enerji, investisiya, texnologiya və beynəlxalq diplomatiya sahələrində qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən yüksək səviyyəli səfərlər bu əlaqələrin dərinləşdiyini nümayiş etdirir. Bu kontekstdə dövlət başçılarının birbaşa təmasları tərəflər arasında siyasi etimadın möhkəmlənməsinə və yeni əməkdaşlıq imkanlarının açılmasına mühüm zəmin yaradır.
Məhz bu diplomatik fəallığın davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yaxın Şərqin aparıcı iqtisadi və siyasi mərkəzlərindən birinə etdiyi işgüzar səfər regional və qlobal gündəmin diqqət mərkəzinə çevrilib. Səfər çərçivəsində keçiriləcək görüşlərin və müzakirələrin iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə, eləcə də qarşılıqlı maraqlara əsaslanan yeni təşəbbüslərin formalaşmasına töhfə verəcəyi gözlənilir.
İkitərəfli əlaqələrin perspektivi barədə Milli Məclisin deputatı Fazil Mustafa Crossmedia.az-a danışıb: "Azərbaycan Prezidenti Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərə xüsusi əhəmiyyət verir. İki ölkə arasında sıx siyasi dialoq, geniş iqtisadi əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi istiqamətində möhkəm qarşılıqlı anlaşma mövcuddur. BƏƏ bütün bu proseslərdə Azərbaycana ardıcıl dəstək göstərir. Bu kontekstdə münasibətlərin intensiv xarakter alması hər iki dövlətin milli maraqlarına tam uyğun gəlir. Cari səfər çərçivəsində, təbii ki, Azərbaycanın əlverişli investisiya mühitinin təqdimatı, eləcə də ölkəmizə yeni sərmayələrin cəlb edilməsi məsələləri müzakirə olunur. Bu istiqamətdə konkret razılaşmaların əldə ediləcəyi gözlənilir. Bütün bunlar isə gələcəkdə hər iki dövlətin maraqlarının ən yüksək səviyyədə təmin olunmasına xidmət edən dayanıqlı və strateji əməkdaşlıq modelinin formalaşmasına zəmin yaradacaq".
Elmir Heydərli
11:37 04.02.2026
Oxunuş sayı: 635