Azərbaycan və Macarıstan minatəmizləmə ilə bağlı imzaladıqları sənədin icrasını müzakirə edib
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma ilə minatəmizləmə sahəsində imzalanan Anlaşma Memorandumunun icrası üzrə müzakirələr aparıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, sənəd ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında bir müddət öncə imzalanıb.
Eyni zamanda digər əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
13:12 29.01.2026
Oxunuş sayı: 460